BİRJA

23 Avqust

Bitkoin rekord həddə bahalaşdı-SON QİYMƏT

Dünyanın kriptovalyuta bazarı son bir neçə həftəlik enişdən sonra mövqelərini bərpa etməyə başlayıb. 

Fins.az xəbər verir ki, əsas kriptovalyuta salına bitkoin son həftə ərzində 5,2%, son sutkada isə 2,6% bahalaşaraq 50 min dollarlıq psixoloji həddi keçib. Hazırda bitkoinin qiyməti 50050-50100 dollar arasında dəyişir.  Bir ay əvvəl bitkoin 33,8 min dollar idi, ötən dövrdə 47,6% bahalaşıb.  

Bitkoinlə birlikdə bazardakı başqa əsas koinlər də sürətlə qiymət yığmaqdadır. 

Ethereum-un qiyməti son bir sutkada 3,6% artaraq 3300 dolları keçib. 

Cardano isə son bir gündə 12%, son bir həftədə isə 31% bahalaşaraq 2,8 dollar olub. 

Ripple  - 1,25 dollar, Dogecoin isə 0,3211 dollardan ticarət edilir.