Alibaba-nın səhmləri, Çin tərəfindən texnologiya şirkətlərinə qarşı başladılan qaydalarla, epidemiya dövrünün ən aşağı səviyyəsinə çataraq, 46% ucuzlaşıb.
Fins.az xəbər verir ki,Alibaba-nın səhmləri, Çin texnologiya şirkətləri üçün bir sıra yeni qaydalar açıqladıqdan sonra cümə axşamı günü 4.3 % enərək Hong Kongdakı pandemiya dövrünün ən aşağı səviyyəsinə enib.
Çində onlayn şirkətlərdə çalışan sürücülərin hüquqlarını təmin etmək və platformalara nəzarət etmək üçün qanun layihəsi hazırlanır. Hökumət reklam üçün məlumatların istifadəsi ilə bağlı yeni qaydalar qəbul etdiyi üçün Tencent -in səhmləri də ucuzlaşıb.
Çinin texnologiya sektoruna qarşı başlatdığı tənzimləmə hücumu ilə Çin şirkətlərinin bazar dəyəri dünya miqyasında təxminən 1 trilyon dollar ucuzlaşıb. Alibaba-nın səhmləri təkcə bu il 29% -a yaxın enib, Hang Seng İndeksi isə təxminən 7 faiz aşağı düşüb.
Müəllif:Aynur Qəniyeva