BİRJA

17 Avqust

Binance kriptovalyuta birjasının rəhbəri əsas prioritetlərini AÇIQLAYIB

Binance CEO-su Changpeng Zhao, prioritetlərinin tənzimləmə sahəsində çalışmaq üçün daha çox işçi cəlb etmək olduğunu bildirib  
Fins.az xəbnər verir ki, fərqli ölkələrdə fərqli qaydalarla üzləşən Binance-ın əsas məqsədi tənzimləmə qrupunu genişləndirməkdir.

Bloomberg-ə müsahibə verən Binance kriptovalyuta birjasının baş direktoru Changpeng Zhao, prioritetlərinin tənzimləmə sahəsində işləyəcək işçilərini artırmaq olduğunu qeyd edib. 

Binance -in bu mövzuda ABŞ rəsmiləri ilə müntəzəm görüşlər keçirmək istədiyini ifadə edən Zhao, açıqlamasında  "Demək olar ki, bütün vaxtımı uyğunluq prosesinə sərf edirəm. Birjanın gündəlik əməliyyatlarına əslində qatılmıram. " deyə bildirib. 

ABŞ rəsmiləri uzun müddətdir ki, cinayətkarların çirkli pulların yuyulması və borclanma proqramlarının əməliyyatlarını gizlətmək üçün kriptovalyutalardan istifadə etməsindən narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Kayman Adalarında qurulan Binance-ın Sinqapurda bir ofisi var. Bundan əlavə, birjanın mərkəzi ofisi yoxdur.

Müəllif:Aynur Qəniyeva