2008-ci ildə Rusiyanın "Finans" jurnalının əməkdaşları eksperiment keçirmək üçün meymunun qarşısında 30 balaca kub qoydular.
Fins.az xəbər verir ki,kubların üzərində səhmləri birjada satılan şirkətlərin adları əks olunub.
Meymun tərəfindən seçilən 8 kub əsasında investisiya portfeli yaradılmışdır. Bir il ərzində həmin portfelin dəyəri 94%, 10 il ərzində isə 7 dəfə artmışdır. Müqayisə üçün: həmin dövrdə "Sberbank" tərəfindən yaradılan investisiya portfeli 10 ildən sonra cəmi 5 dəfə böyümüşdür.