Rusiya Federasiyası Mərkəzi Bankı sədrinin birinci müavini Sergey Şveçov (Сергей Швецов) “Reuters” agentliyinə verdiyi müsahibədə kriptovalyutalarla bağlı tənzimləyicinin konservativ mövqeyini bir daha vurğulayıb. O, Rusiya vətəndaşlarının tez-tez alternativ maliyyə alətlərinə – ya piramidalara, ya da “texnoloji maliyyə piramidası” olan kriptovalyutalara sərmayə qoyduqlarını qeyd edib.
Сергей Швецов: “Bitcoin alan vətəndaş özündən başqa etibar edəcəyi heç kimin olmadığı və heç kim onu qoruya bilmədiyi bir mina sahəsinə girir. Vətəndaşlara da bunu söyləyirik ki, Rusiya Federasiyasının himayəsində olmadığınız yerə getməyinizə ehtiyac yoxdur, pulunuz sadəcə götürüləcək və tənzimləyici heç nə edə bilməyəcək. Rusiya Bankının edə biləcəyi tək şey Rusiya ərazisindən kriptovalyuta platformalarının saytlarına girişi məhdudlaşdırmaqdır, lakin piramidalar sadəlövh vətəndaşlardan vəsait toplamağa davam edir və bunun sonu yoxdur.”