Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Fins.az” xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir barrelinin qiyməti 2,38 ABŞ dolları və ya 3,1% azalaraq 73,48 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.