Neft qiymətləri yeni növ koronavirusun delta variantına dair narahatlıqlar ilə düşür.
Fins.az xəbər verir ki, peyvəndləmə neft tələbini artırsa da sürətlə yayılan delta variantı qısamüddətli risk yaradır. Yeni variant ilə əlaqədar olaraq bəzi bölgələrdə yenidən karantin rejimləri tətbiq olunur.
Analitiklər delta ştammının tələb üzərində təzyiq yaratdığını edərək, "neft "öküzlərinin" yenidən güvən qazanması zaman ala bilər" şərhini edirlər.
Bakı vaxtı ilə saat 10:49-da Brent nefti 1,1% ucuzlaşma ilə 73,27 dollardan ticarət olunub.