BİRJA

26 İyul

AzFinance-dan sahibkarlar üçün ÖDƏNİŞSİZ təlim

29 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Bakı Fond Birjası tərəfindən yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn təlim keçiriləcək.

Fins.az xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya şirkəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcəkdir. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Müəllif: Aynur Qəniyeva