BİRJA

17 İyul

SOCAR İstiqrazları-dan 1 mln 250 min dollarlıq növbəti faiz ödənişi

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti faiz ödənişi 17 iyul tarixində istiqraz sahiblərinin hesablarına köçürüldü.

Fins.az xəbər verir ki, 5 ilə yaxındır ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin üçüncü, ümumilikdə isə, 19-cu faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə $1.25 milyon gəlir gətirdi. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 23 milyon 750 min dollara yüksəlmiş oldu (toplam gəlir 25 milyon dollar olacaq.) Təkrar bazar əməliyyatları həcminin $200 milyonu ötməsi, bağlanmış əqd sayının 2.500–ə çatması və Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir. 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazları, 2021-ci ilin ilk yarısında bağlanmış əqdlərin sayına görə ölkənin korporativ istiqraz bazarında 73%-lik paya sahib olub. SOCAR İstiqrazlarının növbəti və sonuncu kupon ödənişi cari ilin 17 oktyabr tarixində baş tutacaq. *1999 çağrı nömrəsi daim investorların xidmətindədir.