Əmtəə bazarında qiyməti rekord qıran yeni metal qalay oldu.
Fins.az xəbər verir ki, artan tələbə qarşı təklifin məhdud olması qalayın qiymətində yeni rekorda səbəb olub.
London Metal Exchange qiymətlərinə görə, qalayın tonu 33 min 745 dollara yüksəlib. Qiymətdə ilin əvvəlindən bu yana 66%-lik artım baş verib.
2011-ci ildə qalayın qiyməti 33 min 600 dollarla o dövrün rekordunu qırmışdı.
Qlobal iqtisadi inkişaf ilə birlikdə tələb də artır. Pandemiya ilə əlaqədar əhəmiyyətli asiyalı istehsalçıların təklifi məhdudlaşdıran fraxt çətinlikləri və istehsal problemləri səbəbilə qalay bazarında qiymət təzyiqi ortaya çıxıb.
"Qalayın qiymətinin yüksəlməsi nəqliyyat problemləri və tədarük çətinlikləri ilə əlaqədardır" - analitiklər bildirirlər.
Qalay istehsalı müəssisələrinin elektrik enerjisi fasilələrinə görə istehsallarını təkrar azaldacaqları da bildirilir. Çindəki Yunnan əyalətində, əvvəlki elektrik enerjisi fasilələri müddətində May və İyun aylarında istehsal azalmışdı.