ABŞ Energetika Nazirliyinin verdiyi məlumata görə, son bir həftə ərzində ABŞ-da anbarlarda kommersiya (satış üçün) xam neft ehtiyatları 6,9 milyon barel azalaraq 2 iyul tarixinə 445,476 milyon barel təşkil edib.
Fins.az xəbər verir ki, analitiklər ehtiyatların 4 milyon barel azalacağını gözləyirdilər.
Bakı vaxtı ilə saat 09:21-də Brent markalı neft 0,3% bahalaşma ilə 74,31 dollardan ticarət olunub.