BİRJA

08 İyul

Çin şirkəti ABŞ-da səhm satmaq planını təxirə saldı-QORXU

Çinin texnologiya şirkəti LinkDoc, Çinin rəsmi qurumunun, xaricdə səhm satan texnologiya şirkətlərinə qarşı başlatdığı istintaqlardan sonra ABŞ-da səhm satmaq planını təxirə salıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verirki, şirkətin ləğv qərarına bazardakı oynaqlıq da səbəb olub. Şirkət şərtlər yaxşılaşdığında səhmlərin ilkin kütləvi təklifi planını yenidən qiymətləndirəcək.

LinkDoc-un səhmlərinin satışına Morgan Stanley, Bank of America və China International Capital Corp vasitəçilik edəcəkdi və şirkətin 211 milyon dollara qədər sərmayə cəlb etməsi planlaşdırılırdı.

Çinin rəsmi qurumları Çinli şirkətlərin səhmlərinin xaricdəki birjalarda ticarət olunmasının qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər planlaşdırır.

Çinin kiber təhlükəsizlik üzrə nəzarət təşkilatı məlumat təhlükəsizliyi riski, milli təhlükəsizlik və ictimai marağı qorumaq səbəbləri ilə ABŞ-da səhm satan Didi barəsində istintaqa başlayıb və tətbiqin virtual mağazalardan qaldırılmasını tələb etmişdi.

Çinin Uber-i olaraq tanınan Didi 4,4 milyard dollar dəyərlənmə ilə Nyu Yorkda yaxın bir zamanda səhm satmışdı. Satışa 14 dollardan çıxarılmış səhmin qiyməti istintaqdan sonra 11,91 dollara düşüb.

Bu an üçün görülən tədbirlər şirkətin işləməsinə bir problem yaratmır, lakin Çinin internet şirkətləri ilə əlaqədar qeyri-müəyyənlik davam edir.

İstintaqın detalları hələ bilinmir.