2021-ci ilin ilk 6 ayında (yanvar-iyun) Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 103 milyon 699 min manat cəlb edib.
Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə cəlb edilən vəsaitin məbləği 2,4 dəfə artıb. 2020-ci ilin yanvar-iyun dövründə 456 milyon 558 min 273 manatlıq dövlət istiqrazları yerləşdirilmişdi.
Dövlət istiqrazları ilə təkrar bazarın həcmi isə ötən ilin ilk 6 ayındakı 238 milyon 268 min manatdan cari ilin 6 ayında 529 milyon 781 min manata yüksəlib.
2021-ci ildə Maliyyə Nazirliyi 1 milyard 895 milyon manat həcmində yeni daxili və xarici borclanma nəzərdə tutur.
07.07.2021 15:30