BİRJA

07 İyul

Neft yenidən BAHALAŞDI

Enerji birjalarında Avropanın Brent nefti yenidən bahalaşmağa başlayıb. 

Amerika hökümətinin "OPEC +"-a etdiyi çağırışa dair xəbərlərdən sonra neftdə dönüş müşahidə edilsə də Asiya sessiyasında dəstək görən qiymətlər, Avropa sessiyasında bahalaşmağa başlayıb. Hazırda bir barel qiymət 75$-ın üzərində təklif edilir. Bunun əsas səbəbi isə neft ixrac edən ölkələrin əksəriyyətinin bazarda təklifi artırmaq istəməməsi ilə əlaqədardır.