Bakı Fond Birjasında 2021-ci ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 303 milyon 60 manat təşkil edib.
Birjanın yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 75%, ilkin bazar üzrə ticarət həcmində 76%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 74%, repo əməliyyatları üzrə isə 286% artım qeydə alınıb.
2021-ci ilin iyun ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 9% artaraq 4 milyard 23 milyon 335 manat təşkil etmişdir.