"Qara qu" kitabının müəllifi və tanınmış treyder Nassim Taleb ilk əvvəllər bitkoin tərəfdarı olsa da, indi dəyərini sıfır hesab edir və blokçeynin faydalı texnologiya ola bilməsi üçün əsas tapmır. Tvitter hesabında riyaziyyatçı fikirlərini aşağıdakı dörd arqumentlə izah etməyə çalışıb.
1) Bitkoin son zamanlar sürətli qiymət artımından savayı sahiblərinə fayda gətirməyib. Bu onun valyuta olmamasına dəlalət edir.
2) Qısa və nə də uzun müddətli dəyər daşıyıcı deyil. Qızıl dəyərli fiziki xüsusiyyətlərini sübut etməyə ehtiyacı olmayan aktiv olduğu təqdirdə, kriptovalyutalar uzun müddətli marağa ehtiyac görürlər.
3) İnflyasiya qarşı və ya güvənli liman maliyyə aləti kimi istifadə edilə bilməz. 2020-ci ilin martında səhm bazarlarındaki şok ərəfəsində BTC daha çox dəyər itirmişdi. "Colonial Pipeline" hadisəsi də göstərdi ki, hökümət nümayəndələri hər an ödənişləri izləyə və geri qaytara bilir. Dövlət strukturları və super komputerlərdəki gücləri mərkəzsizləşdirilmiş operatorlardan güclü olacaqdır. Sonunculara qarşı etimad da zəifdir.
4) Blokçeynin faydalı texnologiya olmasına dair də göstəricilər yoxdur.
Qeyd etmək lazımdır ki, 2021-ci ilin aprelində "CNBC" müsahibəsində yazıçı bitkoinin açıq ponzi sxemi və uğursuz valyuta olduğunu demişdi. Lakin bununla da 2017-ci ildə iqtisadçı Saifedean Ammous tərəfindən yazılan "Bitkoin standartı" kitabındaki fikirlərini təkzib etmiş olur. Orada Taleb bitkoini mərkəzi sahibinin olmadığına, heç kimin müdaxilə edə bilmədiyinə və insanların olduğuna görə, mükəmməl ideya olduğunu yazmışdı. Bu gün isə treyder bitkoinin dəyərini sıfırda görür.