BİRJA

21 İyun

Bitkoin rekord həddə UCUZLAŞIB

Çin hökuməti, banklara və "Alipay"ə kriptovalyuta əməliyyatlarından çəkinməyə çağırıb.

Fins.az  xəbər verir ki, ölkənin ən böyük 3-cü bankı bu mövzuda addım atıb. 

Ölkədə "mayninq" fəaliyyətinə məhdudiyyətlər də davam edir.

Bitcoin, Çinin banklara və "Alipay"ə kriptovalyuta əməliyyatı etməmək çağırışı, "mədənlərin" bağlanması və ən böyük 3-cü bankın kriptovalyuta əməliyyatlarını qadağan etməsinin təsiriylə bu  həftənin ilk əməliyyatlarında sürətli düşüb.

Bitcoin son beş əməliyyat gününün dördündə cəmi 7% düşərkən, həftənin ilk əməliyyat günündə 10%-dən çox ucuzlaşıb. Sonradan Bitcoin-in ucuzlaşması nisbəti bir qədər azalıb.

Bakı vaxtı ilə saat 13:52-də Bitcoin 5,2% ucuzlaşma ilə 33 min 330 dollardan ticarət olunub.