BİRJA

14 İyun

Neft rekord həddə BAHALAŞDI-SON QİYMƏT

Artan peyvəndləmə ilə ABŞ və Avropada iqtisadi inkişaf sürətlənir və neftə tələb artır. Fins.az xəbər verir ki, neftə qiymətləri 32 ayın ən yüksək səviyyəsinə çatb.

Qərbi Texas nefti (WTI) Nyu York birjasında 0,5% də bahalaşaraq 2018-ci ilin Oktyabr ayından bu yana ən yüksək səviyyəyə çatıb. CBS-in keçirdiyi bir sorğuya görə, ABŞ-da insanlar artıq yoldaşları ilə görüşmək, böyük fəaliyyətlərə qatılmaq və iş yerlərinə dönmək mövzusunda daha rahatdırlar.

Beynəlxalq Enerji Agentliyinin keçən həftə açıqladığı təxminlərə görə, qlobal neft tələbi gələn ilin sonlarına doğru pandemiyadan əvvəlki səviyyələrə dönəcək.

Bakı vaxtı ilə saat 09:35-də Qərb Texas nefti 0,5% bahalaşaraq 71,27 dollardan, Brent nefti də 0,5% bahalaşaraq barreli 73,06 dollardan ticarət olunub.