Ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.
Fins.az xəbər verir ki, bitkoinin məzənnəsi 10,5 faiz qalxaraq 39 131 ABŞ dolları təşkil edib.
Bakı vaxtı ilə 03:58-ə olan hərrac nəticələrində kriptovalyuta 39 106 ABŞ dolları olub.
Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.
Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.