BİRJA

11 İyun

Qızıl yenidən bahalaşdı- SON QİYMƏT

ABŞ-da gözləniləndən yüksək inflyasiyanın açıqlanması qızıl qiymətlərinin artmasına səbəb olur.

ABŞ-da inflyasiya May ayında proqnozları aşaraq illik 5%, aylıq 0,6% təşkil edib. İnflyasiya sonuncu dəfə 2008-ci ilin avqust ayında bu səviyyələrə çatmışdı. Proqnozlar, istehlakçı qiymətləri indeksində artımın illik 4,7%, aylıq isə 0,5% artım olacağı istiqamətində idi.

Fins.az xəbər verir ki, məlumat açıqlandıqdan sonra qızıl bahalaşır. Qızılın unsiyasının qiyməti yenidən 1900 dolları keçib. 

Qeyd edək ki, inflyasiyanın artması qızıl qiymətlərini yuxarı istiqamətli dəstəkləyir.