BİRJA

10 İyun

Neft qiymətlərində benzin narahatlığı

Neft qiymətləri, ABŞ-da anbarlarda xam neft ehtiyatlarının azalmasına baxmayaraq artan benzin ehtiyatlarının yaratdığı narahatlıqla geriləyib.

Fins.az xəbər verir ki, neft qiymətləri, ABŞ-dakı rəsmi məlumatların benzin ehtiyatlarının artdığını göstərməsindən sonra 2018-ci ildən bu yana çatdığı yüksək səviyyədən düşüb. 

Enerji İnformasiya İdarəsinin açıqladığı rəsmi məlumatlara görə, ABŞ-da benzin ehtiyatları 7 milyon barel artıb.