Salvador Qanunvericilik Məclisi iyunun 8-i ilk kriptovalyuta olan bitcoin-i ölkə ərazsində rəsmi ödəniş vasitəsi olduğunu tanıyan qanun layihəsi qəbul etdi.
Fins.az xəbər verir ki,bitcoin ilə aparalan əməliyyatlar ödəmə vasitələri ilə edilən digər əməliyyatlar kimi kapital artımına görə vergiyə cəlb edilməyəcək. Hökumət bitcoin-i ölkənin əsas valyutası olan ABŞ dollarına anında avtomatik çevrilməsinə zəmanət verir. Bunun üçün hökumət rəqəmsal aktivin xalqdan alınması üçün 150 milyon dollar fond yaradacaq. Bundan əlavə, hökümət bitcoin-i gələcəkdə balansda saxlamağı da planlaşdırır. Qanun 90 gün ərzində qüvvəyə minəcək.
Xatırladaq ki, Salvador prezidenti Nayib Bukele iyunun 6-si ökləsində bitcoin-i rəsmi ödəniş vasitəsi kimi tanıyacaqlarını elan etmişdi.