BİRJA

09 İyun

Mis rekord həddə ucuzlaşdı

Ticarət məlumatları göstərir ki, misə tələbin azalması perspektivləri fonunda qiyməti çərşənbə günü ucuzlaşır. 

“Comex” birjasında misin iyul fyuçerslərinin dəyəri 0.75% azalaraq 4.5083 dollara (təxminən 0.,45 kiloqram) düşdü. 

“Societe Generale” analitikləri mis qiymətlərinin 2021-ci il ərzində tədricən azalacağını və dördüncü rübdə bir ton üçün 8.5 minə çatacağını düşünürlər. Mütəxəssislər bunu yüksək səviyyədə metal təchizatı və ona olan tələbin zəifləməsi ilə əlaqələndirirlər. 

“Tələbdəki zəifliyin ilk əlamətləri, xüsusən 2020-ci ildə böyüməyə səbəb olan Çin bazarında ortaya çıxmağa başlayır”, deyə analitiklər “Wall Street Journal”-a bildiriblər.