BİRJA

04 İyun

“Bitcoin”ə rəqib gəlir

Dünyanın ən böyük hedcinq fondu “Bridgewater Associates”in təsisçi CEO-su Rey Dalio rəqəmsal yuanın “Bitcoin”ə rəqib ola biləcəyini hesab edir.

Bu barədə “A Haber” məlumat yayıb.

Onun sözlərinə görə, Çinin ölkədaxili testlərə başladığı rəqəmsal yuan qlobal miqyasda yeni ehtiyat valyuta olma potensialına sahibdir.

Çinin rəqəmsal pul məsələsində ABŞ-ı qabaqladığını bildirən Dalio deyib ki, çıxarılacaq pul beynəlxalq səviyyədə qəbul ediləcəyi təqdirdə əhəmiyyətli qələbə gətirəcək.

Çin rəqəmsal yuanın 2022 Qış Olimpiya Oyunlarına qədər təqdim edilməsini hədəfləyir.