BİRJA

21 May

Bazarlarda İran nefti narahatlığı

Neft qiymətləri, İran ilə nüvə müqaviləsinin yenidən bərpa olunacağı və sanksiyaların ləğv edilməsilə İranın neft istehsalının artacağına dair narahatlıqlar ilə düşür. 

Fins.az xəbər verir ki, bir Avropa Birliyi rəsmisi ABŞ və İranın nüvə razılaşmasını yenidən canlandırmağa çox yaxın bir vəziyyətdə olduqlarını söyləyib. Bu da İranın daha çox neft çıxaracağı mənasını verir.

Neft qiymətləri ilin əvvəlindən bu yana hələ 30% yuxarıdadır. Çindəki tələb güclü qalmağa davam edir.

İran ilə nüvə razılaşmasının bərpası riski və Asiyada koronavirusa yluxanların artması qiymətlərə təzyiq edir. Həmçinin, Hindistandakı epidemiya ən böyük neftayırma zavodu olan "Indian Oil Corp"un neft emalının 20% azalmasına səbəb olub.

Bakı vaxtı ilə saat 06: 57-də Brent nefti 0,2% ucuzlaşma ilə 64,95 dollardan ticarət olunub.