BİRJA

18 May

“European Tobacco-Baku”nun səhmlərinin bazar dəyəri nominal dəyərindən 2 dəfə çoxdur

Mayın 17-də "Bakı Fond Birjası" QSC-də “European Tobacco-Baku” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 10 əqd bağlanılıb.

Birjanın dərc etdiyi məlumata görə, əqdlər şirkətin 280 səhminin realizə edilməsini nəzərdə tutur.

Nominal dəyəri 20 manat olan qiymətli kağızlar 40 manatdan realizə edilib. Başqa sözlə, “European Tobacco-Baku”nun səhmlərinin bazar dəyəri nominal dəyərini 2 dəfə üstələyib.

Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı tütün məhsulları istehsalçısıdır. Onun nizamnamə kapitalı 44,635 milyon manatdır.

Mayın 17-də "Bakı Fond Birjası" QSC-də “European Tobacco-Baku” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb.

(c)report