BİRJA

08 May

360 günlük dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac -NƏTİCƏSİ

08 may 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104005878 ISIN kodlu, tədavül müddəti 360 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

AZ0104005878 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 60,5 milyon manat təşkil edib. 

Maliyyə Nazirliyi tərəfindən 15,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95,8408 (gəlirlilik 4,4000%) səviyyəsində müəyyən edilib. 
İstiqrazların ödəmə müddəti 03 may 2022-ci ildir.