BİRJA

08 May

"Bakı Fond Birjası"  “Azfinance"-ı tərəfdaş seçib

“Azfinance Investisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-nin (BFB) Azərbaycanın kapital bazarından maliyyələşməni təşviq edən, bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətləri göstərən Listinq Məsləhət Proqramına (LMP) qoşulub.

Xatırladaq ki, LMP ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində BFB-nin müvafiq strategiyasına uyğun həyata keçirilir.

“Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları “Azfinance"  investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.