BİRJA

06 May

Dünyanın ən varlı adamı öz şirkətinin səhmlərini satır

Jeff Bezos, 2,5 milyard dollarlıq Amazon səhmi sataraq kosmos və aviasiya şirkətini maliyyələşdirməyi planlaşdırır.

Fins.az xəbər verir ki, Jeff Bezos, 2020-ci ildə 10 milyard dollar dəyərində səhm satdıqdan sonra, bu il ilk dəfə 2,5 milyard dollarlıq satış edib.

ABŞ-da sərmayə bazarlarına nəzarət edən SEC-in açıqlamasına görə, Bezos daha əvvəldən təşkil edilmiş bir plan daxilində bu həftə 739 min ədəd ətrafında səhm satıb. Digər bir açıqlamada isə Bezosun 2 milyona qədər səhm satmağı planlaşdırdığı da qeyd edilib.

Amazon 1997-ci ildə səhmlərinin bir hissəsini birjada satışı çıxartdıqdan sonrakı 15 ildə, Bezos səhmlərinin beşdə birini az qala 2 milyard dollara satmışdı. Son illərdə səhm qiymətlərində yaşanan artımla birlikdə Bezos artıq kiçik miqdarlar sataraq milyard dollarlar əldə edə bilir.

Amazon səhmləri  2020-ci ildə 76% bahalaşdıqdan sonra bu il çox az dəyişiklik göstərib. Bezosun səhm satışının arxasında yatan səbəb isə kosmos və aviasiya araşdırmaları üçün qurduğu Blue Origin şirkətinə məliyyə təmin etməkdir.

Blue Origin, çərşənbə günü  insan ilə ilk kosmos səfərini 20 İyulda olacağını açıqlayıbvə raketdəki kreslolardan birinin hərrac yolu ilə satışa çıxarılacağını açıqlayıb.

Amazonun qurucusu 2017-də keçirilmiş bir kosmos konfransında, Blue Origin-i maliyyələşdirmək üçün hər il 1 milyard dollarlıq səhm satacağını bildirmişdi.