BİRJA

23 Aprel

Bitkoinin lideliyi zəifləyir

"Coinmarketcap"-ın məlumatlarına görə bitkoin kapitallaşması 2018-ci ildən etibarən artmışdır. BTC-nin bazar hakimiyyəti qısa müddətdə 50%-dən yuxarı qalxmış və 2021-ci ilin yanvar ayından isə bu üstünlük 69%-ə kimi yüksəlmişdi. Aprel ayının ikinci yarısından sonra sürətlə ucuzlaşmağa başlayan BTC-nin kriptovalyuta bazarlarındakı payı da azlmağa başlamış, yazının hazırlandığı zaman isə 51.08%-ə kimi enmişdir.

BTC-nin birja hakimiyyəti zəiflədiyi halda, altkoinlər öz bazar paylarını nəzərə çarpacaq dərəcədə artırmaqdadır. Bitkoindən sonra ikinci ən böyük kriptovalyuta olan ethreumun qiyməti yeni bir rekord əldə edib. Beləki, ETH son 4 gündə 15% bahalaşaraq 2640$ ilə tarixi maksimumunu yaradıb.
ETH-ın qiymətinin bahalaşması nəticəsində kriptovalyuta birjalarındakı pay nisbəti də çoxalmışdır. Beləki, hazırda etereumun birjdakı ümumi kapitalizasiyası 12.57%-ə kimi yüksəlib.