BİRJA

21 Aprel

Səhm bazarlarına kovidin təsiri

Virusa yoluxanların yenidən artması xəbərləri ilə Asiya birjasında səhmlər ucuzlaşmağa başlayıb.

Asiya səhmləri ilə yanaşı, ABŞ səhmlərinin də fyuçersləri çərşənbə günü eniş trendində irəliləyib və beləcə ölkələrdə koronavirusa yoluxma hallarının yenidən baş qaldırmasından narahatlıq, qlobal böyümənin və xam neftə olan tələbin gücünə şübhə yaradıb. 

“MSCI”-nin Yaponiyadan başqa Asiya-Sakit okean hissələrinin ən böyük indeksi 0.6% azalıb. Paralel olaraq Avstraliya səhmləri 1.25%, Çindəki səhmlər isə 0.46% azalıb. 

Koronavirus infeksiyasının yeni bir dalğası səbəbiylə Tokyo, Osaka və ətraf bölgələrinyenidən bağlanması ehtimalı artdığından Tokiodakı səhmlər də 1.79% düşüb.