BİRJA

19 Aprel

Dünyanın ən iri investisiya şirkətlərindən biri bəzi aktivlərini satır - 2,9 MİLYARD DOLLAR

Logistika sahəsində daşınmaz əmlak idarəçisi, hazırda idarəçiliyi altındakı aktivlərin həcmi 30 milyard dollar təşkil edən ESR Limited şirkəti ABŞ-ın investisiya nəhənglərindən olan Blackstone-un Avstraliyadakı logistika portfelini satın almaq üçün, dövlət rifah fondu, 2021-ci ilin yanvarına aktivlərinin həcmi 488 milyard dollara bərabər olan Sinqapurun Hökumət İnvestisiya Korporasiyasına (GIC) qoşulduğunu bildirib.

Fins.az xəbər verir ki, Avstraliya tarixində logistika və ümumi daşınmaz əmlak portefli üzrə ən böyük sövdələşmə hesab olunan prosesin ümumi dəyəri 3,8 milyard Avstraliya dolları (2,9 milyard dollar) təşkil edir.

ESR bu məbləğin 20%-ni maliyyələşdiriləcəyini, qalan hissənin isə GIC tərəfindən yatırılacağını qeyd edib. Şirkət açıqlamasında sövdələşmənin 6,9 illik icarə müddəti boyunca illik ortalama 4,5 ilkin gəlir gətirəcəyini bildirib. Blackstone-un Avstraliyadakı hazırkı logistika portfeli əsas şəhərlər, o cümlədən Adelaide, Brisbane, Melburn, Pert və Sidneydə cəmi 3,6 milyon kvadrat metr sahəyə malik 45 gəlirli obyekti əhatə edir.

Məlumat üçün bildirək ki, 1985-ci ildə qurulan Blackstone son 30 ildə kredit əsaslı satınalma bazarında ən iri özəl kapital investorlarından biridir və 2020-ci ilin sonuna idarəçiliyində olan aktivlərin həcmi 619 milyard dollar təşkil edir.