BİRJA

13 Aprel

«Siri»nin yaradıcısının səhmləri – 18% yüksəlib – «Microsoft»la müqavilə

«Siri» xilmətinin yaradıcısı olan «Nuance» şirkətinin Microsoft tərəfindən alınacağı məlum olandan sonra şirkətin səhmləri  18% bahalaşıb.

Fins.az xəbər verir ki, Nuance şirkəti səsin tanınması üzrə texnologiyalar üzrə ixtisaslaşıb və onun texnologiyaları «Apple»nin məşhur «Siri» xidmətinin yaradılmasında istifadə edilib. Microsoft bu şirkəti 19,7 milyard dollara alıb.

Alqı-satqı barədə məlumat açıqlanan kimi aprelin 12-də «Nuance Communications» şirkətinin səhmləri 18,37% artaraq 53,93 dollara çatıb. Başqa sözlə, Microsoft  şirkətin borcları da nəzərə alınmaqla hər səhmə 56 dollar ödəyəcək.

«Nuance» şirkətinin alınması «Microsoft»a imkan verəcək ki, səsli proqram təminatı imkanlarını genişləndirsin. Bloomberg-in məlumatına görə, bu texnologiyalar Microsoft-un bulud texnologiyalarında da, məsələn səhiyə xidmətlərində istifadə ediləcək. Belə ki, onun vasitəsilə həkimlər xəstə qəbulu zamanı səs yazmalı olmayacaqlar.