BİRJA

12 Aprel

\"Telegram\" IPO-ya hazırlaşır

"Telegram" IPO (Initial Public Offering) hazırlıqlarına başlayıb. Ehtimal edilir ki, 2023-cü ildə şirkətin səhmləri açıq bazarda investorlara satılacaq.

Fins.az xəbər verir ki, bu barədə "Vedomosti" mənbələrə istinadən yazır.

Bildirilir ki, şirkət tərəfindən hazırda IPO öncəsi bölgə və yerləşdirmə üçün birjalar seçilir.

Eyni zamanda, IPO-ya əlavə olaraq "Telegram" daha iki variantı nəzərdən keçirir: birbaşa listinq və fond birjasına girmək üçün SPAC şirkətindən istifadə. Birjaya çıxışın konkret tarixi bazarların dinamikasından asılı olacaq.

İlkin yerləşdirmə zamanı “Telegram”ın səhmlərinin 30-50 mlrd. ABŞ dolları dəyərində olacağı ehtimal olunur. İlkin yerləşdirmə üçün "Telegram" Asiya birjalarından birini seçə bilər. Buna səbəb mesencer istifadəçilərinin 40%-dən çoxunun məhz Asiyada olmasıdır və iki il ərzində bu rəqəm 50%-ə çata bilər.

"Telegram" səhmlərinin 25%-i sərbəst dövriyyəyə buraxıla bilər.

 

(c)APA