BİRJA

08 Aprel

Paypal-ın qurucusu: Bitcoin Çinin ABŞ-a qarşı maliyyə silahı ola bilər

Paypal-ın qurucularından olan və böyük bir kriptovalyuta dəstəkçisi olaraq tanınan Peter Thiel, Bitcoin-in Çinin ABŞ-a qarşı istifadə etdiyi bir silah olub olmadığı ilə maraqlandığını söyləyib.

Paypalın qurucularından olan və böyük bir kriptovalyuta dəstəkçisi olaraq tanınan Peter Thiel, Bitcoin-in Çinin ABŞ-a qarşı istifadə etdiyi maliyyə bir silah ola biləcəyini deyib.

Fins.az xəbər verir ki, ABŞ hökumətini kriptovalyutalar üzərində daha sərt tənzimləmələr tətbiq etməyə çağıran Thiel, "Bu nöqtədə maraqlıdır, Bitcoin eyni zamanda Çinin ABŞ-a qarşı istifadə etdiyi bir maliyyə silahı olaraq düşünülüb düşünülməyəcəyidir" deyib.

Thiel, "Geosiyasi perspektivdən baxıldıqda, əgər Çin Bitcoin-də uzun mövqe tutubsa ABŞ Bitcoinin necə işlədiyi ilə əlaqədar daha sərt suallar soruşmalıdır" deyə əlavə edib.