BİRJA

08 Aprel

Bakı Fond Birjası üzvlərini  mükafatlandıracaq

BFB tərəfindən qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı anderraytinq xidməti göstərən investisiya şirkət(lər)inə BFB tərəfindən aşağıdakı şərtlər əsasında pul mükafatının verilməsinə dair qərar qəbul edilib. 

    1. Qiymətli kağızlar korporativ emitentlər (İKZF istisna olmaqla) tərəfindən emissiya olunmaqla fond birjasında kütləvi təklif üsulu ilə yerləşdirildikdə             aşağıdakı məbləğdə mükafat ödənilir:

  • 1,000,000 – 3,000,000 manat olan səhm emissiyaları üzrə 2,000 manat, istiqraz emissiyası üzrə 1,000 manat mükafat ödənilir;
  • 3,000,000 manatdan çox məbləğdə səhm emissiyası üzrə 5,000 manat, istiqraz emissiyası üzrə 3,000 manat;
  • Yerləşdirilmiş səhmlər üzrə kumulyativ olmaqla rüblük əsasda 5,000,000 manat və daha çox məbləğdə ticarət həcmi üzrə 1,000 manat.

   2. Qeyd edilən mükafat birja üzvünə (üzvlərinə) hər bir emitent üzrə yalnız bir dəfə ödənilir;

   3. Qeyd edilən mükafatlar yerləşdirilmiş həcm nəzərə alınmaqla hesablanır;

   4. Xarici valyutada buraxılmış korporativ istiqrazlar üzrə həcmlər manat ekvivalentində nəzərə alınmaqla hesablanır.

   5. Mükafatlandırma təşəbbüsü 31.12.2021-ci il tarixinədək tətbiq edilir.