BİRJA

06 Aprel

Teslanın səhmləri bir gündə 8% bahalaşıb

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Tesla şirkətinin səhmləri dünənki ticarət sessiyası ərzində 8% bahalaşıb. 

Fins.az xəbər verir ki, bahalaşma şirkətin cari ilin birinci rübü üzrə satış göstəricilərinin açıqlanmasından sonra baş verib. 

Belə ki, 2021-ci ilin yanvar - mart aylarında Tesla dünya üzrə, öncədən proqnozlaşdırıldığı kimi 177 822 ədəd deyil, 184 800 ədəd elektrikli avtomobil sataraq, ehtimalları üstələyib.