Visa və Microsoft-dan gələn xəbərlərdən sonra Paypal, 30 Martda istifadəçilərinə Bitcoin ilə ödəmə imkanı verəcək sistemi açacağını açıqlayıb.
Fins.az bu xəbərin fonunda Bitcoin yüksəlməyə davam edib və 59.000 dollardan baha olub.
Paypal, əvvəllər elan etdiyi kripto valyuta əməliyyat sistemini ABŞ-dakı istifadəçilər üçün 30 Mart tarixindən etibarən açacağını bildirib. Beləliklə, istifadəçilər ödənişləri qəbul edərkən,kripto aktivlərini ala biləcəklər.
Microsoft, şənbə günü mərkəzləşdirilməmiş şəxsiyyət platforması ION'un Bitcoin blockchain sistemi üzərində işə başladığını açıqladı. Beləliklə, ION-un mərkəzləşdirilməmiş identifikatoru, Bitcoin-lərin onlayn kimliklərini uyğunlaşdırmaq üçün blok zəncirindən istifadə edəcək.
Müəllif: Aynur Qəniyeva