BİRJA

23 Mart

Bobbi Li \"Bitcoinin dəyəri 80-90% enə bilər\"

"Bitcoin 300 000 $ qədər yüksələ bilər" - bu sözləri "BTCC" kripto-birjasının keçmiş CEO-u Bobbi Li "CNBC" müsahibəsində deyib.

O xəbərdarlıq edib ki, kriptovalyuta öz pik nöqtəsinə çatandan sonra enməyə başlayacaq və bu eniş illərlə davam edə bilər. Bitcoinin bazar dövrləri dörd ildən bir baş verir, beləki, 2017-ci ildə qiymət 1000$ 20000$-a qədər yüksəldi. Linin sözlərinə görə "2021-ci ilin başlanqıcında bitcoinin dəyəri 30000$ idi və güman edirəm ki, ilin sonuna dəyər 10 dəfə artaraq 300000$ təşkil edəcək. Hesab edirəm ki, artıq yay aylarında bitcoinin qiyməti 100000$ olacaq. Lakin bitcoinin bazar dövrü təkrarlanmayada bilər"  

Xatırladaq ki, 2021-ci ilin mart ayının əvəlində bitcoin artıq yeni rekorda imza ataraq, 60000$-q nöqtəni ötdü, hal-hazırda bir bitcoinin dəyəri 54562$

 Bobbi Li sözlərinə görə investorlar bilməlidir ki, bitcoinin dəyəri 80%-90% enə bilər