BİRJA

23 Mart

Birjalarda neft qiymətləri

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Fins.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar ucuzlaşaraq 63,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar artaraq 61,55 dollar olub.