BİRJA

17 Mart

Neft UCUZLAŞDI

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il neftə olan tələbat proqnozunu yaxşılaşdırmasına baxmayaraq, brent markalı xam neftin  qiymətləri bu gün ticarət zamanı azalmağa başlayıb

Fins.az xəbər verir ki, London ICE Futures Birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti çərşənbə günü saat 15: 13-ə qədər bir barel üçün 67,56 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışındakı qiymətdən 0,83 dollar (1,21%) azdır.

Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə aprel ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 64,19 dollar / barel təşkil edib ki, bu da əvvəlki sessiyanın sonundakı səviyyədən 0,61 dollar (0,94%) azdır.

Müəllif:Aynur Qəniyeva