BİRJA

05 Mart

Neftin qiyməti 69 dollara çatır

Dünya birjalarında neft qiymətlərində müsbət dinamika müşahidə olunur.

Fins.az xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 2,85% bahalaşaraq bir barrelə görə 68,64 dollar olub.

“WTI” markalı neftin fyuçerslərinin qiyməti isə 2,65% artaraq bir barrelə görə 65,52 dollara yüksəlib.

 

Xatırladaq ki, “Brent”in bir barrelinin qiyməti 69 dollar səviyyəsini sonuncu dəfə 2019-cu ilin sentyabrın 16-da görüb.

Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər.

Mütəxəssislərin fikrincə, koronavirus peyvəndləri ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.