Neft qiymətlri OPEC + iclasının nəticələrini elan etdikdən sonra cümə günü davamlı yüksəlir
Eyni zamanda, Brent markalı qiyməti 14 ayda ilk dəfə bir barreli 68 dolları keçdi və ticarət zamanı 68,5 dollar / barelə yüksəlib.
London ICE Futures birjasında may ayı Brent markalı neftin qiyməti 15: 01-ə qədər bir barel üçün 68,16 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 1,42 dollar (2,13%) yüksəkdir.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində aprel ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər barel üçün 65,02 dollar təşkil edir ki, bu da bazarın sonundakı səviyyədən 1,19 dollar (1,86%) yüksəkdir.
Müəllif:Aynur Qəniyeva