Qızılın unsiyasının qiyməti 9 ay sonra 1700 dollardan da aşağı düşüb.
Fins.az xəbər verir ki, bu həftə qızıl 2%-dən çox ucuzlaşıb.
Fed sədri Cerom Pauelin artan ABŞ istiqraz faizlərinə qarşı kifayət qədər güclü bir mövqe bəyan etməməsi qızılın ucuzlaşmasını sürətləndirib.
ABŞ istiqrazlarının faizlərinin artması qızılın ucuzlaşmasına səbəb olur. 10 illik ABŞ xəzinə istiqrazının faizi 1,57%-ə qalxıb.
Bakı vaxtı ilə saat 09:45-də qızılın unsiyası 1695 dollardan ticarət olunub.
Bir neçə ay öncə qızılın unsiyasının qiyməti 1800 dolları keçmişdi.