BİRJA

03 Mart

Bakı Fond Birjasında ümumi ticarət həcmi 160% ARTIB

Bakı Fond Birjasında 2021-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi  2,852,304,113  manat təşkil edib

Fins.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb

Məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 160%, ilkin bazar üzrə ticarət həcmində 455%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 388%, repo əməliyyatları üzrə isə 143% böyümə qeydə alınıb.

2021-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 7% artaraq  4,157,558,686 manat təşkil edib. 

 

 

Müəllif: Aynur Qəniyeva