Avropa Mərkəzi Bankının son görüşü zamanı pandemiya ilə bağlı tətbiq etdiyi paketin karantinlə bağlı qapanmalara qarşı kifayət qədər effektiv olduğunu nəzərə alaraq, bu sahədə olan pul siyasətini dəyişməyib
Bi barədə fins.az-a Unicapital investisiya şirkətindən məlumat verilib
Məlumata görə, Mərkəzi Bankın prezidenti Kristin Laqard pandemiya ilə bağlı mövcud olan 1,85 trilyon həcmdə istiqrazların alınması proqramını sonuncu dəfə 500 milyon artırdıqdan sonra (2,25 trilyon) olduğu kimi saxladı və bu paketin ən azı 2022-ci ilin mart ayınadək qüvvədə olacağını qeyd edib.
Unicapital analitikləri bildirir ki, əmanətlər üzrə faiz -0,5% həcmində saxlanılmaqla, kifayət qədər likvidliyin bank kreditləri vasitəsilə təmin olunacağı qeyd edildi. Press konfrans zamanı Kristin Laqard qeyd etdi ki, keçən ilin sonu, yəqin ki, iqtisadiyyat tənəzzülə uğrayıb, bu isə ikiqat resessiya əlamətidir. Eyni zamanda qeyd olundu ki, rəqəmlər hələ ki, tam açıqlanmayıb və yanvar ayının sonuna bu rəqəmlərin açıqlanması gözlənilir. İqtisadçılar bu ilin 1-ci rübünün də mənfi ilə bağlanacağını düşünürlər. Belə ki, bəzi ölkələr pandemiya və virusun yeni növləri ilə bağlı sərtləşdirmə prosesini davam etdirərək, bir çox sahələrdə qapanmalara gedir. Avropa Mərkəzi Bankı valyuta kursu, aktivlərin alınması ilə bağlı geniş izah vermədi.
Bəzi mənbələrdən əldə olunan məlumata əsasən, bu sahədə hələ ki, müzakirələr davam etdirilir və nəticə əldə edildikdən sonra bu barədə geniş izahın veriləcəyi gözlənilir. Eyni zamanda, bankın açıqlamasında istiqraz alınması ilə bağlı proqramdan “tam istifadə olunmayacağı” qeyd olunub.
İnvestisiya şirkətinin rəyinə görə “Bloomberg”də rəy sorğusu keçirilən bir çox iqtisadçılar bankın bu proqramdakı bütün vəsaitlərdən istifadə edəcəyini proqnoz edərək, bu proqrama əlavə vəsait ayırmayacağını düşünürlər. Keçən həftə Almaniya dövləti pandemiya ilə bağlı qapanma müddətini fevral ayının ortasınadək uzatmağı qərara aldı. Bütün bunlara rəğmən, Laqard, ABŞ-da prezident seçkiləri və “Brexit” ilə bağlı narahat edici məqamlar geridə qaldığı üçün, virusla bağlı vəziyyətin 1-ci rübdən sonra düzələcəyini düşünür.
Müəllif:Aynur Qəniyeva