BİRJA

21 Yanvar

Qarabağ Dirçəliş Fondunun istiqrazları buraxılacaq-Rəsmi

Qarabağ Dirçəliş Fondunun istiqrazları buraxılacaq

Fins.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin yanvarın 19-da imzaladığı Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində qeyd olunub.

Belə ki, sözügedən nizamnamənin 3.1.8. bəndində" Fondun istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı təkliflər vermək və digər formada, o cümlədən innovativ maliyyə alətlərindən istifadə etməklə, sərmayələrin cəlb olunması üzrə fəaliyyət göstərmək"-deyə qeyd olunur.

Qeyd edək ki, nizamnamədə istiqrazların dəqiq buraxılma tarixi və dəyəri barədə məlumat verilməyib.

Müəllif: Aynur Qəniyeva