Birjalarda dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın dəyər itirməsinə səbəb olsa da 1802 dollarda yenidən dəstək görüb.
Fins.az xəbər verir ki,növbəti istiqamət, dəstək səviyyəsinin qorunub-qorunmamasından asılı olacaqdır. Qorunacağı təqdirdə, 1840 dolların yuxarı istiqamətdə qırılması növbəti bahalaşma dalğası üçün önəmli hadisə olacaq.