BİRJA

13 Yanvar

Milli Depozit Mərkəzinin Müşahidə Şurasının YENİ tərkibi 

Bakı, 13 yanvar Fins.az

Milli Depozit Mərkəzinin Müşahidə Şurasının iclası keçirilmişdir. İclasın qərarına əsasən Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib

Fins.az xəbər verir ki,“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq MDM-in Müşahidə Şurasının tərkibi 5 nəfər olmaqla 2 nəfər Mərkəzi Bankın nümayəndəsi, 2 nəfər Mərkəzi Depozitarın üzvü və  1 müstəqil üzvdən ibarət olmalıdır. 

Məlumata görə qanuna müvafiq olaraq Mərkəzi Bankın nümayandələri qismində, Mərkəzi Bankın Baş direktoru Əli Əhmədov- Müşahidə Şurasının sədri,  Mərkəzi Bankının Kapital bazarına nəzarət departamentinin direktor müavini, Kapital bazarına nəzarət şöbəsinin rəisi  Samir İsmayılov – Müşahidə Şurası sədrinin müavini, Mərkəzi Depozitarın üzvləri qismində isə Paşa Kapital İŞ-in daxili nəzarət üzrə məsul şəxsi Məmmədov Elçin Yaşar oğlu və ABB İŞ-in İcraçı direktoru Babazadə Nadir Mansur oğlu MDM-in Müşahidə Şurasına üzv olaraq seçilmişlər.