Bakı, 12 yanvar Fins.az
Yanvarın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,29% – 31,008.69 bəndədək, SP 500 indeksi 0,66% – 3,799.61 bəndədək, Nasdaq indeksi isə 1,25% – 13,036.43 bəndədək enib.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 11-də FTSE 100 indeksi 1,09% – 6,798.48 bəndədək, Fransa CAC-40 indeksi 0,78% – 5,662.43 bəndədək, Almaniya DAX indeksi isə 0,80% – 13,936.66 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,68% azalaraq 1 852,3 dollara bərabər olub.